Moskvada azərbaycanlılarla ermənilər arasında kütləvi davadan yeni xəbər

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Ötən gecə Moskvada ermənilərlə azərbaycanlılar arasında kütləvi dava baş verib.

Bu barədə REN TV məlumat yayıb.

Məlumata görə, hadisə Lyublinskaya və Nijnie Polya küçələrinin kəsişməsində qeydə alınıb.

Ümumilikdə davada 30-a yaxın insan iştirak edib. Hadisə yerinə “Rosqvardiya”nın əməkdaşları gəliblər.

RİA Novosti Rusiya Daxili İşlər Nazirliyi Moskva üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən bildirir ki, davadan sonra 13 nəfər saxlanılıb.

Kəsilmiş çiyin yarası olan iştirakçılardan biri xəstəxanaya aparılıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR