Türkiyədən dəstək bəyanatı – “Azərbaycanın yanındayıq”

Türkiyənin Xarici İşlər Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Ordusunun mövqelərini atəşə tutması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Ermənistan silahlı birləşmələrinin Azərbaycanın Tovuz bölgəsinə hücumunu qətiyyətlə pisləyirik. Dost və qardaş Azərbaycan xalqına və hökumətinə həyatını itirən Azərbaycan şəhidləri ilə bağlı başsağlığı, yaralılara isə təcili şəfa diləyirik.
Türkiyə bütün imkanları ilə ərazi bütövlüyünü qorumaq mübarizəsində Azərbaycanın yanında dayanmaqda davam edəcək”.
Oxşar Xəbərlər
- Heydər Əliyev Sarayında “Aprel döyüşləri”nin növbəti ildönümünə həsr olunmuş “ÜMİD GÜNƏŞİ” adlı ədəbi-bədii gecə keçirilib
- Türkiyəli tanınmış jurnalist İzzet Sarı TAİB tərəfindən ödülləndirilib
- Ulu Öndərin 100 illiyi ilə əlaqədar Türkiyə tərəfindən hazırlanan poçt markası “TEKNOFEST”də təqdim olunub