" />

Ermənilərlə Milli Şuranın ortaq hədəfi – Prezident xainlərə yerini göstərdi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında AXC hakimiyyətini sərt şəkildə tənqid edib. Ölkə başçısı bildirib ki, müharibə getdiyi bir zamanda Ali Baş Komandan və o zamankı hakimiyyətin digər yüksək vəzifəli şəxsləri fərarilik edib.

Ölkə başçısından sitat: “Prezident fərarilik edib, qaçdı Kələkiyə. Yaxşı, sən Ali Baş Komandansan, ölkə müharibə şəraitindədir. Buna nə ad vermək olar? Qorxaqlıq, satqınlıq, fərarilik. O vaxtkı dövlət katibi indi özünü guya müxalifət adlandırır. Amma o hansı müxalifətdir Azərbaycan xalqı yaxşı bilir. Onların tərbiyəsi, mərifəti, addımları nədən ibarətdir, indi bütün vətəndaşlar internetdə görürlər”.

İlham Əliyev həmçinin radikal müxalifətin bəd niyyətindən danışıb və qeyd edib ki, Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır.

Prezidentdən sitat: “Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır. Onlar sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Buna bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimilli şura sevinir. İnsanların əziyyət çəkməsi, problemlər yaranması, sosial sahədə, iqtisadiyyatda yavaşımalar onların işinə yarayır. Həmin dövrdə president, dövlət katibi, parlamentin sədri fərarilik etdilər. Onlar fəraridirlər, satqındırlar, xaindirlər. Hər kəs bunu bilməlidir”.

Ölkə başçısının çıxışı cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Siravi vətəndaşlar və siyasi xadimlər Azərbaycan müxalifətinin daxilindəki satqınların yavaş-yavaş ifşa olunduğunu qeyd ediblər.

Yeni Azərbaycan Partiyası Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov bildirib ki, Azərbaycan neftinin qiymətinin enməsinə sevinmək, xalqa xəyanət etmək deməkdir: “Əlbəttə ki, Milli Şuranın tutduğu yol yarandığı ilk günlərdən bəllidir. Onlar daim milli maraqlarımıza, iqtisadi inkişafımıza və ölkəmizdəki sabitliyə qarşı çıxıblar. Cənab Prezidentin də qeyd etdiyi kimi, insanların əziyyət çəkməsi, sosial problemlər yaşaması onların işinə yarayır. Çünki anti-milli şura xarici havadarları qarşısında öhtəlik götürüb ki, Azərbaycanda baş verən bütün müsbət proseslərə kölgə salacaqlar, adi məişət problemlərindən dolayı ortaya çıxan məsələləri isə şişirdərək iqtidarla xalq arasında gərginlik yaradacaqlar. Amma nəticə varmı? Xalq onları sayırmı? Əsla, saymır! Azərbaycan xalqı ölkəmizdəki sabitliyin, inkişafın tərəfdarıdır. Ona görə də belə ünsürlərin fikirləri, kin, riyakarlıq dolu çıxışları əhali tərəfindən böyük hiddətlə qarşılanır. Sosial şəbəkə istifadəçiləri belə riyakar qüvvələrin Azərbaycanda yerinin olmadığını, xalqla düşmənçilik edənlərin, xalqın pis gününə sevinənlərin xain olduqlarını qeyd edirlər. Azərbaycan xalqı düzə düz, əyriyə əyri deyən xalqdır. Xalq anlayır ki, satqın qüvvələr 90-ci illərin əvvəllərində olduqları qədər riyakardırlar. İllər onları dəyişməyib və hədəfləri Azərbaycanı məhvə sürükləməkdir. Fərarilərin, qorxaqların və satqınların toplaşdığı qrupdan xainlikdən, düşmənşilikdən başqaq nə gözləmək olar?”.

YAP rəsmisi qeyd edib ki, Milli Şura Azərbaycanda hakimiyyətə gəlmək üçün düşmənlərimizlə belə əməkdaşlığa getməyə hazırdır: “Yayılan videodan aydın olur ki, özünü müxalifət adlandıran siyasi ünsürlər Azərbaycan neftinin qiymətinin enməsinə görə bayram edirlər. İndi bu ünsürlər hansı üzlə iddia edə bilərlər ki, “Biz Azərbaycan xalqının yaxşılığını istəyirik”. Axı, videoda neftin düşməsinə sevinirsiz! Neft kimindir? Xalqın… Qiymət enəndə nə baş verir? Xalqın sosial vəziyyəti ağırlaşır. Buna kim sevinə bilər? Yalnız Ermənistan və Milli Şura. Onların Ermənistan rəhbərliyindən, Azərbaycanla müharibə aparan düşməndən fərqi nədir? Aydındır ki, heç bir fərq yoxdur”.

Azərbaycan xalqının bütün hadisələrə düzgün siyasi qiymət verdiyini deyən Ramin Əhmədov bildirib ki, vətəndaşımız məlum videodan sonra bir daha anlayır ki, ölkəmizin düşməni təkcə Ermənistan deyil: “Hər kəs başa düşür ki, bizim içimizdəki düşmənlər tətikdə dayanıb. Onlar xaricdən gələn tapşırıqları canla-başla yerinə yetirməyə hazırdırlar. Ehtiyatlı olmaq lazımdır. Belə məqamlarda xalq öz birliyinin göstərməli, düşmənə qarşı bir mövqedən müqavimət göstərməlidir. Qoy düşmənlərimiz də bilsin ki, Azərbaycan xalqı öz yolundan heç vaxt dönməyəcək. Xalqın İlham Əliyevə inamını heç bir qüvvə sarsılda bilməz”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR