ABŞ və Azərbaycan dünyada sülh naminə çalışır – RƏSMİ

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Bu gün biz Azərbaycanın Silahlı Qüvvələr Gününü qeyd etməklə sizə qoşuluruq”.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin açıqlamasında deyilir.

Bildirilib ki, amerikalı və azərbaycanlı hərbçilər illər boyu istər Əfqanıstanın gələcəyi naminə, istərsə də NATO təlimlərində birgə çiyin-çiyinə çalışıblar.

“Birlikdə biz terrorçuluğa və narkotik alverinə qarşı mübarizə aparmışıq, regionda və dünyada sülh naminə çox çalışmışıq”, – deyə mətndə əlavə olunub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR