Azərbaycanda koronavirusa daha 379 nəfər yoluxub, 153 nəfər sağalıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Respublikasında yeni koronavirus infeksiyasına 379 yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildiriblər ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1941-ci və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4024 nəfər müalicə olunaraq sağalıb, 84 nəfər vəfat edib, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 334 min 863 test aparılıb.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR