Fəttah Heydərov Azərbaycan xalqını Ramazan bayramı münasibəti ilə təbrik edir

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Əziz həmvətənlər, əziz müsəlman dünyası!

Ramazan öz fəzilət və bərəkəti ilə bu baharda da könüllərin sultanı oldu. Müsəlman dünyasının ən böyük bayramı olan Ramazan bəşəriyyətin mövcud problemi olan koronavirus pandemiyası dövrünə təsadüf etdi. Dünya müsəlmanları arasında həmrəyliyin təcəssümü olaraq, öz gəlişi ilə qəlbləri rifahlandıran Ramazan insanları saflığa, şəfqət və mərhəmətə səsləyir.

Mövcud durumla əlaqədar dövlətimiz  əhalimizin sağlamlığı və rifahı üçün təxirəsalınmaz tədbirlər həyata keçirir. Bizim də borcumuzdur ki, qoyulan qaydalara əməl edək. Koronavirus pandemiyası ilə əlaqədar bayram namazı və iftar süfrələri üçün insanların bir araya gəlməsi və kütləvi toplaşması indiki halda yolverilməzdir. Ona görə də biz virtual olaraq, məsafə gözləyərək bayramlaşırıq.

Əziz  həmvətənlər!

Mən öz adımdan və rəhbəri olduğum Azərbaycan Ağsaqqalları Şurasının bütün üzvləri adından Sizi və dünyanın müxtəlif ölkələrində yaşayan bütün soydaşlarımızı mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza sağlam həyat və bol ruzi arzulayıram!

Bayramınız mübarək olsun!

Hörmətlə,

Fəttah  Heydərov,

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR