" />

Fəttah Heydərova Dədə Şəmşirin kitabları və saz mahnıları yazılmış diski hədiyyə edilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri ənənəvi olaraq, “Biz heç kimi unutmuruq” adlı layihəsi çərçivəsində unudulmuş insanları anır, xatirə gecələri keçirir, müqəddəs yerləri  ziyarət edirlər.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bu dəfə Aşıq Şəmşir muzeyini ziyarət edib.

Fəttah Heydərov muzeydə Azərbaycan Aşıq sənəti və Dədə Şəmşir irsi haqqında toplanmış materiallarla yaxından tanış olub, fikir və öz tövsiyələrini verib, xatirə kitabına öz ürək sözlərini yazıb.

“Aşıq Şəmşir Ocağı” İctimai Birliyinin sədr müavini Həbib Misirov Fəttah Heydərova Dədə Şəmşirin kitabları və saz mahnıları yazılmış diski hədiyyə edib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR