" />

Xəyal Əhmədov: “Gücümüzü artıran prezidentimizin bizə olan etimad və diqqətidir!”

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Tank” ləqəbli, dünya şöhrətli imançımız Xəyal Əhmədov vətənə döndü..

Yarış təəsüratlarını redaksiyada bizimlə bölüşən idmançı yarış gərginliyindən də söhbət açdı. “Tank”ımız bildirdi ki, hər dəfə r5inqə çıxanda millətimin etimadı, dövlətimin bizə olan sayğısı və bayrağımıza olan sevgim mənə böyük stimul verir.

“Mənim uğurum hər bir azərbaycanlının uğurudur. Türk oğlunun biləyinin gücü bütün dünyaya bəlllidir.

Və düşmən ölkə də bilməlidir ki, Azərbaycan oğlu bir yumruğa düşməni yerə sərməyə qabildir. Biz Ali Baş Komandanın əmrinə müntəzirik. “Hücum!” əmri verilsin biz öz gücümüzü, qorxmazlığımızı göstərəcəyik!

 Mən bir daha bütün sahələrə olduğu kimi, idman sahəsinə də diqqət ayıran, geniş arena yaradan möhtərəm prezidentimiz İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Yad ölkədə hər dəfə bayrağımızın qalxıb, himnimizin oxunmasında onun böyük payı var. Gücümüzü artıran prezidentimizin bizə olan etimad və diqqətidir!”- deyən idmançımızdan tezliklə videomüsahibə təqdim edəcəyik.

 

agsaqqallar.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR