Ruhunu bütünlüklə sevgiyə saran şair- Cəlal Qurbanov

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Viktor Hüqo deyir ki, bir-birinizi hər zaman ürəkdən sevin. Dünyada demək olar ki, sevgidən başqa bir şey yoxdur. Bu sevgini anlayanlar, duyanlar mövlanə ruhludurlar əslində. Bizim Cəlal kimi!

Biz onun vətənpərvərlik ruhunu daha çox sevsək də, sevgi şeirləri daha çox oxunub dillərə düşüb. Vətən nəğmələri türk ellərini dolaşan nəğməkar şairimiz Cəlal Qurbanov  sevgi dünyasının qapısını taybatay açıb.

Onun sözlərinə yazılmış mahnılar tanınmış müğənnilərin ifasında ruha elə hopur ki, sanki arı ətirli çiçəklərdən şirə çəkir. Kəpənək rənginin çiçək üstə harmoniyasına bənzəyir bu sözlər, bu nəğmələr. Qədim Çinlilər  deyirdilər ki, musiqi ilə bütün xəstəlikləri müalicə etmək olar, hətta xəstə üçün “musiqili reseptlər” də yazırdılar. Bu gün Cəlal bəstəkarlarla birlikdə həmin “reseptləri” təqdim etməyə çalışır bizə.

Bu gün Azərbaycan ədəbiyyatı və musiqiləri bütün dünyanı dolaşır. Bütün dünyanı və ürəkləri fəth edən əsərlərin cəmiyyətə təqdimatında Cəlal Quranovun da öz payı var.

Musiqinin insanda necə təəssüratlar yaratdığını və insanı sağaltdığını bu gün araşdırmalar da sübut edir.  Məyər biz hansısa bir musiqini dinlədiyimiz vaxt özümüzü o sətirlərdə yaşatmırıqmı? Ruhumuzu eyniləşdirmirikmi o sözlərlə? Və bu da ruhumuzun yarasına məlhəm olur.

Sözləri Türk ellərinə yayılan nəğməkar şairin uğurlu mahnılarından biri də “Dola mənə qolunu” mahnısı oldu.

Sevimli müğənnimiz Aygün Kazımova mahnını ilk dəfə olaraq Xəzər Tv-də yayımlanan Nəsib Nurun aparacılıq etdiyi “Nəsib olsa” proqramında təqdim etmişdir.  Musiqisi Faiq Sücəddinova aid mahnı sevilən mahnılardan biri olu. Qeyd edək ki, bu yaxınlarda Aygün xanım Kazımovanın gənc müğənni Rəsul Əfəndiyevlə adı çəkilən mahnının dueti də uğurlu alınıb.

Biz də öz növbəmizdə dəyərli şairimizə uğurlar diləyirik!

Şərafət Şəfa

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR