Döyüş hələ bitməyib…

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Horadiz əməliyyatı-25

90-cı illər!!!

Arzularımızın, istəklərimizin üstünə qara kölgə düşdüyü illər!

Vətənin üstünü qara buludlar alan illər!

Və bu günə qədər də ağrısını çəkdiyimiz itkilər!

Qarabağ savaşı xalqımızın iradəsini, gücünü ortaya qoydu. Mübariz oğullarımızın şücaətini isbat etdi! Qədim Roma filosofu Siseron deyir ki, əgər biz sülh içində yaşamaq istəyiriksə, mütləq mübarizə aparmaq lazım gələcək. Mənim tələbəlik illərimə təsadüf edən bu sav

aş minlərlə insanımızda olduğu kimi, torpaq itkisindən, qaçqın-köçkün düşmüş insanlarımızın acısından, canlarını fəda edən, sağlamlığını itirən qardaşlarımızın nisgilindən mənim də qəlbimdə bir yara açdı. İllər ötdükcə bu yara sağalmadı. Əksinə, daha da dərinləşdi! Elin o başı, bu başı olmaz- kəlamıyla böyütmüşdülər bizi. Qarabağ öz doğma yurdumuz idi! Orda savaş gedirdi, orda qan tökülürdü! Orda neçə-neçə oğullar torpaq uğruna can fəda edirdilər, neçə-neçə oğullar ölümü gözə alaraq şücaətlə vuruşurdular! Orda mənim də əzizlərim, doğmalarım vardı! Və onların çoxu uğruna savaşdıqları şanlı bayrağımızda torpağa qovuşurdular!

Beləcə illər keçdi! Lakin savaş hələ də bitməyib! Mənfur ermənilər başqa dövlətin gücünə Qarabağımızı əldə saxlaya bildi…

Qarabağ savaşının ən şanlı səhifələrindən biri də “Horadiz əməliyyatı”dır ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu döyüşdə 1993-cü ilin dekabrından başlayan və 1994-cü il yanvarın 6-dək davam edən, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi, Füzuli rayonunun Arazboyu 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında tərk edərək geri çəkilib. Bu, Azərbaycan Ordusunun 1994-cü ilin qış ayında keçirdiyi ən uğurlu əməliyyat olub. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür. O illərin qəhrəmanları Babək kimi yurd sevgili, Koroğlu kimi qorxmaz, Cavanşir qeyrətli idilər. Baxmayaraq ki, müharibə qəflətən başlamışdı, döyüş hazırlığı aşağı səviyyədə idi, silah-sursatımız da azdı, lakin oğullarımız böyük fədakarlıq və şücaətlə döyüşürdülər. Öz adlarını qanlı əllərilə tariximizin şanlı səhifələrinə yazırdılar. Horadiz əməliyyatında iştirak edən döyüşçülərdən Talıb Novruzbəyli və Daşqın Abbasovla uzun illərdir ki, dostluğumuz var. Abbasovla gec-gec görüşsək də, Novruzbəyov ilə tez-tez görüşür döyüş xatirələrini dinləyirəm. Bu görüşə gəlişim də onun təşəbbüsü ilə idi!

Artıq Horadiz əməliyyatından 25 il keçib. Mən çox döyüşçülərlə, çox komandirlərlə həmsöhbət oluram. Bu dəfəki görüşüm Horadiz əməliyatının qəhrəmanları ilə idi. 1994-cü ildə Füzuli rayonunun 21 kəndinin və Horadiz qəsəbəsinin düşmən işğalından azad olunmasında iştirak etmiş 702 saylı briqadanın keçmiş döyüşçüləri yanvarın 5-də Fəxri xiyabana yığışmışdılar. Yüzdən çox döyüşçünün içində bir qadın, bir əsgər anası olaraq həm qürurlu, həm də həyəcanlı idim. Canlı əfsanələrlə çiyin-çiyinə durmağın qürurunu yaşamaq necə də gözəldi… Hərbi hissənin əsgər və zabitləri, həmçinin hazırda Silahlı Qüvvələrin sıralarında xidmətini davam etdirən zabit heyətinin arasında özümü yenicə əsgəri xidmətə gəlmiş gənc və naşı əsgər kimi hiss edirdim.

 

Heç ön cəbhəni ziyarət edəndə bu qədər həyəcanlı olmurdum. Sevincin kədərlə qarışıq boz bir harmoniyalı duyğusundaydım. 702 saylı hərbi hissənin sabiq komandiri, polkovnik Şair Ramaldanovun gəlişi, döyüşçülərin arasında çılğın bir aora yaratmışdı. Onlar qədər mən də sevinirdim.  Şair Ramaldanov, Üzeyir Cəfərov və s. bu kimi oğullarla görüşmək ana ürəyimin vüqarı, ana ürəyimin qüruru idi! Komandirin gəlişi köhnə döyüşçüləri keçmişə götürmüş, gənc əsgərlər kimi səfə düzmüşdü. 25 il bitir, görüş ənənəvidir. Hər il şəhidlər yad edilir, xatirələr canlanır. Yenə də müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyurlar. Eləcə də, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər düzüldü. Sonra briqadanın keçmiş döyüşçüləri Şəhidlər xiy

abanında döyüş yoldaşlarının məzarlarını ziyarət etdilər.

Hərbi hissənin zabiti olmuş Azərbaycanın Milli Qəhrəmanı, şəhid Elxan Zülfüqarovun məzarı önündə çıxış edən 702 saylı hərbi hissənin sabiq komandiri, polkovnik Şair Ramaldanov qürurla döyüşçülərin şücaətindən danışır: “Horadiz əməliyyatı 1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyat olub. Biz qoyulan tapşırığı canımız, qanımız bahasına olaraq uğurla yerinə yetirdik. Dörd aydan çox müdafiədə oturan düşmənin üzərinə atılaraq torpaqlarımızı

azad etdik. Biz tankların üzərində “Heydər Əliyev uğrunda” şüarları ilə döyüşlərə girirdik. 1993-cü ilin dekabrından başlayan və 1994-cü il yanvarın 6-dək davam edən, Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı nəticəsində qısa müddətdə 21 min hektar ərazi, Füzuli rayonunun Arazboyu 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Düşmən ağır itkilər verərək və cəsədlərini döyüş meydanında qoyaraq geri çəkilib.

1994-cü il yanvarın 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını ucaldıblar. Horadiz əməliyyatında misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Bu uğurlu əməliyyat ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilib. Əziz döyüşçülər, yadınızdadır, həmin döyüşlərdə düşmənə güclü zərbə endirdik, şəhidlərimizin, həlak olan döyüşçü yoldaşlarımızın qisasını aldıq! Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması nəticəsində nail olub! Bu şəhidlər canlarını vətənə, dövlətinə və mənim əmrimə çox görmədilər. Onların qanı artıqlaması ilə alındı. Horadiz döyüşündə ermənilər bir gündə yüzdən çox itki verdilər, onlarla hərbi texnikanı, topu, maşını qənimət olaraq götürdük. Bu gün də biz veteranlar şəhid silah yoldaşlarımızın qisasını almaq üçün Ali Baş Komandanın əmrini gözləyirik. Düşmənə bu dəfə zərbəmiz daha ağır olacaq!”.

Sonra çıxış edən qəhrəmanımız Üzeyir Cəfərov bildirdi ki, atəşkəs

dövründə briqadanın qərargah rəisi polkovnik-leytenant Akif Məmmədov, briqada komandirinin 1-ci müavini polkovnik Vahid Osmanov, hərbi hissənin artilleriya bölümünün qərargah rəisi polkovnik-leytenant İlham Məmmədov, döyüşlərdə yaxından iştirak edən iki mayor rütbəli tabor komandirimiz Cəfər Əliyev və Şükür Həsənov dünyalarını dəyişdilər. Döyüşlər vaxtı bizim qəhrəmanlıq nümunələri göstərən Elxan Zülfüqarov Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Ümumiyyətlə, o istiqamətdə bizim xeyli igidlik göstərən əsgərlərimiz oldu ki, sonradan orden və medallarla təltif olundular. Düzdür, elələri də var ki, hələ də o yaraların ağrısından xilas ola  bilməyiblər, səhhətində ciddi problemlər var. “Amma düşmən Füzuli istiqamətində Azərbaycan ordusunun gücünü gördü. O döyüş göstərdi ki, Azərbaycan əsgəri hərtərəfli hazırlıqlı olanda qarşısındakı düşmənə bir an da belə aman vermədən uğurlu nəticə əldə edə bilər. Böyük dövlətlərin siyasi qərarı olmasaydı, biz yəqin ki, gedib Xankəndinə qədər çata bilərdik. Amma çox təəssüflər olsun ki, o vaxt bizə o imkanı vermədilər. Atəşkəslə bağlı bizim hərbi hissələrimiz durduqları nöqtələrdə dayandılar və indiki qoşunların təmas xətti adlanan bir ərazi cızıldı”- deyə komandir bildirdi. Bu dəfəki görüşdə bizim sevimlimiz, “Horadiz əməliyyatı”nın əsas iştirakçılarından biri olan, əməliyyatın

hazırlanmasında və planlaşdırılmasında aparıcı rol oynamış əlahiddə kəşfiyyat bölüyünə rəhbərlik etmiş İlham Ağalar müəyyən səbəblərdən yox idi. Onunla ötən il redaksiyamızda həmsöhbət olmuşduq. O da öz xatirələrində qeyd edirdi ki, yanvarın 5-də  Horadizin işğaldan azad edilməsi ilə başa çatan hücumdan fərqli olaraq, bizim əməliyyatımız  dayanmadı: “Kəşfiyyatın fasiləsizlik tələblərinə tam şəkildə cavab verməklə öz fəaliyyətimizi Füzuli və Cəbrayılın böyük bir ərazisinə keçirib orada  davam etdirməyi bacardıq. Yanvarın 5-də Quruçay  boyunca yaratdığı möhkəmləndirilmiş mövqelərindən və Bəhmənli Horadiz ərazisindəki düşərgələrindən  qaçmaqla canlarını qurtarmağa çalışan düşmənin Qafan briqadasının qarşısını almaq mümkün olmadı. 70 km qaçan düşmən əsgərlərini Cəbrayılın Soltanlı kəndində də saxlamaq, müqavimətini təşkil etmək mümkün olmağı üçün  Dağtumas döngəsindəki və Həkəri körpüsü yanındakı yol dairəsində yerləşən hərbi polis postlarının yardımıyla onların qarşısını kəsməyə çalışırdılar. Yeri gəlmişkən, onu da deyim ki, düşmən arxasında fəaliyyət göstərən kəşfiyyatçı üçün bütün bunları seyr etmək, əgər sağ qalarsa, ona bütün ömrü boyu ləzzət almağa bəs edər”.  Şotland yazıçısı Samuel Smiles deyir ki, böyük müharibələr tarixində yalnız generalların adları yadda qalsa da, zəfərlər, böyük ölçüdə ərlərin qiymət və cəsarətləri sayəsində qazanılmıştır.

Bizim yaxın dostumuz, həmin əməliyyatın tağım komandiri Talıb Novruzbəyov döyüş xatirələrindən danışarkən kövrəlir. Onun komandasında vuruşan, şəhid olan əsgərləri hər il ziyarət edir. Deyir:” Gücüm yetdikcə çalışıram ki, heç bir şəhidimiz diqqətdən kənarda qalmasın. Hər il müxtəlif bölgələrə getsəm də, yenə də özümdən narazı qalıram. Elə bilirəm hardasa bir şəhid məzarı intizarla məni gözləyir. Qeyd edim ki, mən “Mən əsgər anasıyam” layihəsinin rəhbəri olaraq  cəbhəyə tez-tez üz tutur, kimsəsiz şəhid məzarlarını ziyarət edirəm. Hər gedişimdə Talıb Novruzbəyovun və “Xəzər”  klinikasının baş həkimi İlqar Yusuboyun da şəhidlərə ünvanlanmış öz ehsan payları olur! Fürsətdən istifadə edib onlara da öz minnətdarlığımı bildirirəm!

Bəli! Bizim qartal qiyyəli, şir pəncəli oğullarımız qürur yerimizdir!
İllər sürətlə keçir! Yaramız isə hələ də sağalmayıb. Bu gün də cəbhədə qan tökülür, cəbhəyanı əhali çirkinqəlbli düşmənin təzyiqinə məruz qalırlar. Amma düşmən unutmasın, unutmasın ki, bizim bu gün də mərd, qorxmaz, mübariz oğullarımız var! Bu gün bizim nizami ordumuz var və bu ordumuzda Şair Ramaldanov, Üzeyir Cəfərov, İlham Ağalar kimi komandirlərin yetişdirdikləri yüzlərlə şücaətli oğullar səflənib! Və bu oğullar bir həmləyə bütün dədə-baba torpaqlarımızı geri almağa qabildirlər!

 

 

Eşq olsun Azərbaycanımıza!

Eşq olsun Milli Ordumuza!

Eşq olsun qəhrəman oğullarımıza!

 

Şərafət  Şəfa

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR