Ağsaqqallar Şurası Milli Qurtuluş Günü ilə bağlı Heydər Əliyevin məzarını ziyarət edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və şuranın üzvləri 15 iyun – Milli Qurtuluş Günü münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Agsaqqallar.az saytı xəbər verir ki, Şura sədri Fəttah Heydərov müstəqil Azərbaycanın tarixində Milli Qurtuluş Gününün böyük önəm kəsb edən bir gün olduğunu bildirib: “15 iyunda Ulu öndər Heydər Əliyev xalqın tələbini, təkidini nəzərə alaraq dağılmaqda olan, öz müstəqilliyini itirməkdə olan Azərbaycana rəhbər gətirildi. Xalqımızın Ulu öndərə verdiyi qiymət öz təsdiqini tapdı. Heydər Əliyev fəaliyyətə başlayan ilk gündən mənfi proseslərin qarşısını aldı. Ulu öndərin müstəqilliyimizə olan böyük sədaqəti nəticəsində Azərbaycan parçalanmadan xilas oldu. Həmin gündən bu günə qədər olan tarixi salnamə var ki, bu Azərbaycanın inkişafı salnaməsidir. Azərbaycan dünyada tanındı, dünyada bir sabitlik adasına çevrildi. Onun sayəsində Azərbaycan dünyada sülhün, sabitliyin qorunduğu ölkə kimi tanındı. Nə yaxşı ki, bu missiya onun siyasi kursunun layiqli davamçısı İlham Əliyevə həvalə olundu.
Son prezident seçkilərində də xalqımız bir daha prezident İlham Əliyevə dəstəyini nümayiş etdirdi. Bu seçkilər sübut etdi ki, Ulu öndərin ruhu arxayındır. Ona görə ki, Azərbaycanın gələcəyi, müstəqilliyi etibarlı əllərdədir və bu əbədidir”.

Photos by Emil Əmiraslanov

Agsaqqallar.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR