İlham Əliyev Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışında iştirak edib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bakıda Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Agsaqqallar.az bildirir ki, dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Daha sonra Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin binanın foyesində olan abidəsinin önünə gül dəstəsi qoyub.

Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov binada yaradılan şərait barədə dövlət başçısına məlumat verib.


Emil Əmiraslanov 

Agsaqqallar.az

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR