Dünən Azərbaycan jurnalistlərinin VII Qurultayı keçirildi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Dünən Azərbaycan jurnalistlərinin VII Qurultayı keçirildi. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun dərin və məzmunlu çıxışını dinlədik. Azərbaycan mətbuat Şurasının sədri Əflatun Amaşov ötən 5 il ərzində medianın keçdiyi yol barədə geniş və detallı məruzə ilə çıxış etdi. KİV orqanlarının rəhbərləri əldə olunmuş inkişaf və mövcud problemlərdən danışıb, dövlətimizə qarşı qara-piar aparanlara qarşə sərt fikirlərini ifadə etdilər.
Əminliklə deyə bilərəm ki, Azərbaycan mətbuatı dövlətimizin maraqlarını ən yüksək səviyyədə müdafiə etməyə qadirdir. Dünənki Qurultay göstərdi ki, Azərbaycan mətbuatı kifayət qədər güclüdür.
Hörmətli Əflatun Amaşovu yenindən Azərbaycan Mətbuat Şurasının sədri seçilməyi münasibətilə təbrik edirəm. Eyni zamanda, qurumun İdarə Heyətinə seçilmiş dostların hər birinə təbriklərimi yetirir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram.

Ramin Əhmədov

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR