YAP Yevlax rayon təşkilatı imzatoplama kampanyasına başladı

Yazı fontunu küçültür Yazı fontunu büyütür

YAP Yevlax rayon təşkilatı 11 aprel 2018-ci il tarixdə keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikası prezidentliyinə namizədi cənab İlham Heydər oğlu Əliyevin namizədliyinin müdafiəsi məqsədilə seçici imzalarının toplanması prosesinə başlayıb. Agsaqqallar.az xəbər verir ki, fevralın 17-də YAP Yevlax rayon təşkilatının seçki qərargahının 40 nəfərdən çox imzatoplayan fəalı Yevlax rayonu 48 saylı Yevlax, 49 saylı Yevlax-Mingəçevir Seçki Dairələri üzrə yaşayan sakinlərin imzalarını toplamaq üçün işə başlayıb.

İmza toplayan fəallar Seçki Məcəlləsinin və qanunvericiliyin tələblərinə uyğun olaraq formalaşıb. Onlar hər bir seçici ilə fərdi qaydada görüşür, söhbət aparır şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd əsasında məlumatları qeyd edərək vətəndaşın imzasını alırlar. Tam demokratik fəalliq şəraitində keçirilən kampanyada vətəndaşlar könüllü şəkildə imza verərək Yeni Azərbaycan Partiyasının namizədi, xalqın sevimli oglu İlham Heydər oglu Əliyevi dəstəklədiklərini bildirirlər.

Məlumat üçün bildiririk ki, YAP Yevlax rayon təşkilatı sıralarında 8713 nəfər partiya fəalını birləşdirir. Ərazidə iki dairə 57 məntəqə 57600 nəfərdən cox seçici mövcuddur. İki dairə üzrə cəmi 1150 imza toplanacaq.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR