Fəttah Heydərov akademik Teymur Bünyadovu təbrik etdi..

Yazı fontunu küçültür Yazı fontunu büyütür

     Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini, tarix elmləri doktoru,

akademik  Teymur Əmiraslan oğlu Bünyadova

 

          Hörmətli Teymur müəllim!

Sizi elmimizin inkişafında əvəzsiz xidmətləri olan böyük alimi, Azərbaycan ziyalısının ən gözəl xüsusiyyətlərini özündə cəmləşdirən, mehriban, qayğıkeş və yüksək mənəviyyata malik müdrik ağsaqqalı 90 illik şanlı yubileyiniz münasibətilə ürəkdən təbrik edir, Sizə Tanrıdan uzun ömür, möhkəm cansağlığı, doğma Azərbaycanımızın inkişafı və yüksəlişi naminə gördüyünüz bütün işlərdə nailiyyətlər arzulayıram.

Sizin keşməkeşli olduğu qədər də şərəfli həyat yolunuz hər bir Azərbaycan vətəndaşı üçün örnək sayıla bilər. Elmi yaradıcılığınızı ictimai-siyasi fəaliyyətinizlə ahəngdar şəkildə birləşdirməklə müxtəlif sahələrdə ölkəmizin inkişafına layiqli töhfələr vermisiniz. Tarix, arxeologiya və etnoqrafiya elminə aid əsərləriniz  respublikamızın  hüdudlarından kənarlarda da yüksək qiymətləndirilmiş və çap edilmişdir. Təkcə tarixçi-etnoqraf alim kimi deyil, həm də folklorşünas, nasir və şair olaraq da xalqımız tərəfindən sevilirsiniz. Siz həmişə həqiqəti, ədaləti müdafiə edərək Azərbaycanın ən tarixi məqamlarında əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmiş, dövlətçiliyimizin qorunması və inkişaf etdirilməsi sahəsində xalqımıza dəyərli xidmətlər göstərmisiniz. Görkəmli elm xadimi, tanınmış ziyalı və nüfuzlu el ağsaqqalı kimi prezident seçkilərində ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz  cənab İlham Əliyevin səlahiyyətli vəkili olaraq seçicilər qarşısında səmimi və məntiqli çıxışlarınızla ilə hər kəsin hörmət və ehtiramını qazanmısınız. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün böyük səylər göstərir, dinamik inkişaf edən ölkəmizin gələcəyi naminə var qüvvənizi, bilik və bacarığınızı əsirgəmirsiniz.

Əziz dostumuz Teymur müəllim!

Bu xoş fürsətdən istifadə edərək Sizi bir daha 90 illik yubileyiniz münasibətilə Respublika Ağsaqqallar Şurasının üzvləri adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Sizə – elmi və ictimai-siyasi fəaliyyətini bu gün də böyük şövqlə  davam etdirən, qəlbi vətən eşqi ilə döyünən görkəmli alimimizə, müdrik ağsaqqalımıza sağlam və gümrah ömür, yeni-yeni uğurlar diləyirəm.

 Dərin hörmət və səmimiyyətlə,                             

   Fəttah HEYDƏROV,

Azərbaycan Ağsaqqallar Şurasının sədri,                        

 millət vəkili                                                                                   

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR