Azərbaycan Ağsaqqallar Şurası ilin yekunlarına həsr edilmiş iclas keçirdi-FOTOLAR

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Bu gün Azərbaycan Ağsaqqallar Şurasının 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. İclasda Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, Şura üzvləri, millət vəkilləri, alimlər və digər ziyalılar iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan Azərbaycan Ağsaqqallar Şurasının Fəttah Heydərov bildirib ki, 2017-ci ili növbəti uğurlu il kimi tariximizə yazıldığını bildirib. Ağsaqqal millət vəkili Bakı-Tiflis-Qars dəmiryolu xəttinin açılışı əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və möhtərəm Prezidentimiz İlham Əliyevin siyasi iradəsi, zəhməti hesabına həyata keçirilən beynəlxalq layihələr kompleksinin tərkib hissəsi olduğunu diqqətə çatdırdı: “ Yola salacağımız 2017-ci il Azərbaycan xalqının həyatında əlamətdar il olub. Buna misal kimi ölkəmizdə həyata keçirilən bir sıra struktur və kadr islahatları əsasında uğurlu təyinat həyata keçdi. Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olundu. Bu gün ölkəmiz inkişaf edir. Dünyada hökm sürən iqtisadi böhranlara, ciddi kataklizmlərə baxmayaraq, Azərbaycanda sabitlik hökm sürür. Böyük iqtisadi böhranlar insanları sıxır. Bu böhranların nəticəsində böyük qaçqın ordusu yaranır. Belə bir vaxtda Azərbaycan prezidenti cənab İlham Əliyevin apardığı müdrik siyasət nəticəsində ölkəmiz sabit, əmin-amanlığın hökm sürdüyü ölkə kimi tanınır. Dini tolerantlıq, multikultural siyasətin həyata keçirilməsi ilə Azərbaycan dünyanın ümid yerinə çevrilib. Bir neçə gün əvvəl Bakıda “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfrans onu göstərdi ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən prezident İlham Əliyevin islam həmrəyliyi strategiyası təkcə ətraf ölkələri deyil, bütün ölkələri əhatə edir. Bunun üçün çox böyük iradə, cəsarət lazımdır. Dövlət başçısının rəhbərliyi altında əldə olunan nəticələr vətəndaşları, eləcə də biz ölkə ağsaqqallarını sevindirir. Cənab prezident İlham Əliyevi ad günü münasibətilə təbrik edir, ona can sağlığı, Azərbaycanın inkişafına naminə böyük uğurlar arzulayıram”.
F. Heydərov bu il ərzində Azərbaycan Ağsaqqallar Şurasının paytaxtla yanaşı mütəmadi olaraq Neftçalada, Biləsuvarda, Abşeronda, Daşkəsəndə, Xaçmazda geniş toplantılar keçirdiyini diqqətə çatdırıb. 2017-ci ildə Azərbaycan Ağsaqqallar Şurasının mətbu orqanı olan “Türk Dünyası Ağsaqqalları” qəzetində Şuranın fəaliyyəti ilə bağlı bir çox mövzular işıqlandırılıb, əlamətdar günlər üçün xüsusi buraxılışlar hazırlanıb. Bu il Azərbaycan Ağsaqqallar Şurası respublikanın ictimai, siyasi, mədəni həyatında yaxından iştirak edib, geniş tədbirlər keçirib. Ölkə ağsaqqalları aparılan quruculuq işlərində yaxından iştirak edib, ictimai həyatın müxtəlif sahələrinin inkişafına öz töhfələrini veriblər”.
İclasda akademik Əhliman Əmiraslanov və akademik Ömər Eldarov Azərbaycan Ağsaqqallar Şurasının Fəxri fərmanları ilə təltif ediliblər.
Tədbirdə çıxış edən Prezident Administrasiyası ictimai – siyasi şöbəsinin məsləhətçisi Rasim Mirzəyev Azərbaycan Ağsaqqallar Şurasının 2017–ci il üzrə hesabatının qənaətbəxş olduğunu bildirib. Millət vəkili, politoloq Elman Nəsirov isə deyib Azərbaycanda hökm sürən sabitliyin kökündə Azərbaycan prezidenti İlham Əliyevin məqsədyönlü, sistemli siyasətinin dayandığını bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın dünyada mövqeyinin günü-gündən güclənir. İclasda Azərbaycan Ağsaqqallar Şurasının növbəti il üçün qarşıda duran vəzifələri, gənc nəslin vətənpərvər ruhda böyüməsinə yönəlik layihələrin davam etdirilməsi məsələləri müzakirə olunub.

 

 

Bəsti İsrafilova

Agsaqqallar.az

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR