Gənc Tamaşaçılar Teatrından maraqlı repertuar

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı həftəsonu tamaşaçılar üçün maraqlı repertuar tərtib edib. Belə ki, noyabrın 24-də teatrsevərlər “Müsyo Jordan və Dərviş Məstəli şah”la yanaşı, “Cəza” adlı təkadamlıq psixoloji oyun dramını da izləyə biləcəklər.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, noyabrın 25-də sənət ocağının səhnəsində “Yarımçıq qalmış”, noyabrın 26-da isə “Hasarın o üzü” tamaşaları təqdim olunacaq.

Kiçik yaşlı tamaşaçıları da unutmayan teatr, onları noyabrın 25-də “Balaca və damda yaşayan Karlson”, noyabrın 26-da isə “Buratinonun macəraları” tamaşalarını seyr etməyə dəvət edir.

Tamaşalarda əməkdar artistlər Kəmalə Hüseynova, Nəsibə Eldarova, Elşən Rüstəmov, Leyli Vəliyeva, aktyorlar Elnur Hüseynov, Günel Məmmədova, Zümrüd Quliyeva, Şəbnəm Hüseynova, Asya Atakişiyeva, Vüsal Mehrəliyev, Anar Səfiyev, Anar Seyfullayev, Müşfiq Əliyev, Eyvaz İbrahimov, Elşən Çarhanlı, Elnur Kərimov, Elşən Hacıbabayev və başqaları çıxış edəcək.

 

Bəsti İsrafilova

Agsaqqallar.az

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR