Qaxda dağlıq ərazidə yanğın başlayıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

Qax rayonunun İlisu kəndi yaxınlığında çətin keçilən dağlıq ərazidə yanğın başlayıb.

Agsaqqallar.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və texnikası yanğınsöndürmə işlərinə cəlb olunub.

İlkin məlumata görə, ərazidə quru ot və kol-kos yanır.

Nazirlikdən bildirilib ki, yanğının meşə zolağına keçmə təhlükəsi yoxdur.

 

Bəsti İsrafilova

Agsaqqaallar.az

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR