Xoşbəxt Yusifzadə

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Xoşbəxt Bağı oğlu Yusifzadə 14.01.1930 ildə Bakının Pirşağı kəndində anadan olub. Tanınmış Azərbaycan mühəndis-geoloqu, geologiya-mineralogiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentdir.
Azərbaycanda və Xəzər dənizində neft və qazçıxarmanın inkişafına verdiyi böyük töhfələrə görə X.B. Yusifzadə bir sıra yüksək dövlət mükafatlarına və fəxri adlara layiq görülmüşdür:
2000-ci ildə o, Müstəqil Azərbaycanın ”İstiqlal” ordeni,
2004-cü ildə ”Əsrin müqaviləsi”nin 10 illiyi münasibətilə ”Şöhrət” ordeni,
2010-cu ildə ”Şərəf” ordeni
2015-ci ildə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”
2017-ci ildə 1-ci dərəcəli “Əmək” ordeni ilə
Bu günlərdə Azərbaycan Respublikasında neft sənayesi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə ölkə başçısı tərəfindən 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Xoşbəxt Yusifzadə 2015 Avropa Oyunlarının məşəlçilərindən biri olmuşdur.
Xoşbəxt Yusifzadə Ağsaqqallar Şurasının İdarə Heyəti və məclis üzvüdür.
Allah can sağlığı versin ağsaqqalımıza!

 

    

    

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR