" />

Raqub Orucovun xatirəsinə II futbol turnirinin açılış mərasimi olub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Azərbaycan Ordusunun şəhid polkovnik leytenantı, Raqub Orucovun xatirəsinə, “SƏNİ UNUTMADIQ KOMANDİR, SİZİ UNUTMADIQ ŞƏHİDLƏR!” devizi altında keçirilən II futbol turnirinin açılış mərasimi olub.Agsaqqal.az xəbər verir ki,tədbir şəhidlərin əziz xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olundu. Qutsal kitabımız “Qurani-Kərim” dən ayələr oxunduqdan sonra turnirin təşkilatçısı “Qarabağ Hərəkatı”nın təəsübkeşi, Cümhuriyət qəzeti və Cəbhə.info xəbər saytının Qarabağ müxbiri Elgün Gəncimsoy tədbir haqqında və şəhid komandir Raquf Orucov haqqında çıxış edib.
Açılış mərasimində iştirak edən Qarabağ Hərəkatı başqanı Vasif Qurbanzadə, Bərdə rayonunun ziyalı gənci Anar Şahbazov, “N” saylı hərbi hissənin zabitləri çıxış ediblər. Çıxışlarda belə tədbirlərin keçirilməsinin insanlar arasında vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət etdiyi qeyd olunub.
Xatırladaq ki, turnir hazırda davam edir. Hər birində 6 komanda olmaqla 12 komanda cempionluq uğrunda mübarizə aparır.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR