" />

Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi İcbari tibbi sığortanın tətbiq olunduğu Yevlax rayon Mərkəzi Xəstəxanasında qeyd edildi

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Bu gün Yeni Azərbaycan Partiyası Yevlax Şəhər Təşkilatı və İcbari Tibbi Sığortanın tətbiq olunduğu Yevlax rayon Mərkəzi Xəstəxanası tərəfindən Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibəti ilə “Yeni Azərbaycan Partiyası 25-il Ugurla” adli tədbir keçirilib.


Agsaqqal.az xəbər verir ki,tədbirdə YAP Yevlax Şəhər Təşkilatının Sədr müavini, Aparat rəhbəri Əli Quliyev, YAP Yevlax Şəhər Təşkilatı Qadınlar şurasının sədri Əminə Əhmədova və Yevlax rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktoru Azər İsmayılov və Partiya fəalları iştirak edirdilər. Tədbiri Səhiyyə məhəlli ilk partiya təşkilatının sədri Məhərrəm Gülməmmədov açaraq tədbirin məqsədi haqqında ətraflı məlumat verdi. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin, Şəhidlərimizin və dünyadan köçən partiya üzvülərimizin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdikdən sonra Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən filmə baxış keçirildi. Sonra Yevlax rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin drektoru Azər İsmayılov “Yeni Azərbaycan Partiyası Sağlam gələcəyin təminatçısıdır” mövzusunda məruzə etdi. O Yeni Azərbaycan Partiyasının şərəfli həyat yolundan danışaraq Xalq və Liderin məhəbbətinin vəhtətindən yaranan suveren Müstəqil Azərbaycanın uğurlarını və qazanılan bu uğurlarda Yeni Azərbycan Partiyasının rolunu diqqətə çatdırdı. Bu gün YAP sırlarında 700 mindən çox fəal cəmləşib. Biz sevinirik ki, bu gün Heydər Əliyev ideyası ölkəmizdə uğurla həyata keçirilir. Cənab Prezidentimiz İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dünya miqyaslı layihələr Heydər Əliyev arzularının təzahürüdür. Əlbətdə btün baş verən bu hadisələrdə isə Yeni Azərbaycan Partiyasının rolu danılmazdır. Bütün bunlar 25 illik uğurun nəticəsidir.
Sonra YAP Yevlax Şəhər Təşkilatı Qadınlar şurasının sədri Əminə Əhmədova çıxış edərək bildirdi ki, Yeni Azərbaycan Partiyası tarixi zəruriətdən yaranan xalqın arzularının ifadəsidir. Biz qadınlar olaraq 25 illik bir şərəfli yol keçmiş partiyanın üzvuləri olmaqla mən isə bu qadınlara rəhbərlik etməklə fəxarət hissi duyuram. Biz hərbirimiz Yeni Azərbaycan partiyasının və onun sədrinin yuksək qayğı və diqqətini öz həyatımızda hiss edir və bundan çox məmmunuq.
YAP Yevlax Şəhər Təşkilatının Sədr müvini, Aparat rəhbəri Əli Quliyev keçirilən tədbiri yüksək qiymətləndirdi. Yubiley münasibəti ilə siyasi həmfikirlərini təbrik edən Əli Quliyev tədbirin mahiyyəti və “YAP 25 il uğurla” layihəsinin Yevlaxda gördüyü işlər barədə tədbir iştirakçılarına məlumat verdi. Bildirdi ki, Müstəqil Azərbaycanın qurucusu, Xalqımızın ümummilli Lideri Heydər Əliyevin qurub yaratdığı bu partıyanın ideya və prinsiplərini öyrənmək hər bir Azərbaycan vətəndaşına xüsusən də gənclərə təbliğ etmək Partiya rəhbərliyi olaraq bizim borcumuzdur. Çünki Yeni Azərbaycan Partiyası xalqla dövlət arasında bir səmimiyyət körpüsdür. Bizim Partiaya Azərbaycan xalqının arzularının ifadəçisidir. Biz çox sevinirik ki, bu gün Azərbaycan xalqı Yeni Azərbaycan partiyasını və onun sədri Cənab İlham Əliyevi sevir və dəstəkləyir. Və inanırıq ki, xalq və rəhbər məhəbbətindən yaranan bu birlik bizi daima işıqlı, sağlam, xoşbəxt gələcəyə aparacaqdır.

 

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR