“Nurgun Motors”un rəhbərinin oğlu barəsində həbs qərarı verilib

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Nəsimi rayon Məhkəməsində polisin əmrinə tabe olmamaqda təqsirləndirilən Nurxan Əliyevin məhkəmə prosesi keçirilib.

Agsaqqal.az xəbər verir ki,APA-nın məlumatına görə, hakim Elman İsayevin sədrlik etdiyi iclasda qərar qəbul edilib. Qərara görə, N.Əliyev 15 gün müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib.

N. Əliyev İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin əmrinə tabe olmama) maddəsinə əsasən ittiham edilib.

Noyabrın 5-dən 6-na keçən gecə Bakının Nəsimi rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları ilə avtomobil sahibi arasında insident baş verib. “İnfiniti” markalı avtomobilin sərnişini Əliyev Nurxan Nuru oğlu yol ilə paralel hərəkət edən YPX avtomobilində olan polisləri təhqir edib. Polisin “saxla!” əmrinə tabe olmayan sürücü ikinci “saxla!” əmrindən sonra avtomobili dayandırıb. N. Əliyev polis bölməsinə aparılıb.

Qeyd edək ki, Nurxan Əliyev “Nurgun Motors” şirkətlər qrupunun rəhbəri Nuru Əliyevin oğludur.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR