Ötən ay Təhsil Nazirliyinə 16 minədək müraciət daxil olub

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində oktyabr ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Agsaqqal.az-a verilən xəbərə görə, bu müddətdə həmin mərkəzlərə ümumilikdə 15 767 müraciət daxil olub.

Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 11 218 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 4 549 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.

Vətəndaşların Qəbulu Mərkəzində 1 920 sənəd (950 məktub, 660 ərizə, 310 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.

Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, dərs saatların verilməsi, şagirdlərin bir məktəbdən digərinə köçürülməsi ilə bağlı məsələləri əhatə edib.

Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (2 750 müraciət) və çərşənbə axşamı (2 640 müraciət) günləri, əsasən, saat 09:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək, Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (1 199 müraciət) və çərşənbə axşamı (1 018 müraciət) günləri, əsasən, saat 09:00-dan 12:00-dək müraciət edilib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR