" />

Fəttah Heydərov: “Biz hər an doğma torpaqlarımızı işğaldan azad etməyə qadirik

Yazı fontunu küçültür Yazı fontunu büyütür

“Azərbaycan ordusu döyüş hazırlığı vəziyyətindədir və ən qısa müddətə doğma torpaqlarımızı işğaldan azad etməyə qadirdir”. Bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov Ağsaqqallar Şurasının idarə heyətinin iclasında deyib.

F.Heydərov bildirib ki, həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan ordusu Cənubi Qafqazın ən böyük ordusuna çevrilib: “Ermənistan ordusu isə Cənubi Qafqazın ən kiçik ordusudur. Bu artıq dünyaya bir mesajdır ki, biz hər an doğma torpaqlarımızı işğaldan azad etməyə qadirik. Çox təəssüf ki, beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinə yanaşmada ədalət prinsipini kənara qoyaraq Ermənistanın işğalçılıq siyasətinə göz yumurlar. Lakin həmin qurumlar unudurlar ki, bu gün Azərbaycanda öz doğma yurd-yuvalarına qayıtmaq istəyən, ürəyi vətən həsrəti ilə döyünən, ata-babalarının məzarlarını görmək istəyən insanlar var və onların hüquqlarına bu şəkildə etinasız yanaşmaq olmaz”.

Millət vəkili qeyd edib ki, erməni iqtidarı ölkəni düşdüyü böhrandan xilas etmək yolları barədə düşünə bilmədiyindən, siyasi ritorika ilə məşğuldur: “Azərbaycan Prezidenti İlham Əliyev çox düzgün vurğulayır ki, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu ölkə rəhbərinin dünyaya, münaqişəyə yanaşmada qərəzli mövqedən çıxış edən beynəlxalq dairələrə layiqli mesajı idi. Möhtərəm prezidentimiz doğru vurğulayır ki, ordu quruculuğu daim diqqət mərkəzindədir. Azərbaycan ordusu tam üstünlük əldə edib, düşmənə sarsıdıcı zərbələr vurub. Azərbaycan Silahlı Qüvvələri ermənilərin böyük təxribatlarının qarşısını aldı, preventiv zərbələr vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçılar məhv edildi. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR