Yığmamız yenə darmadağın oldu

Yazı fontunu küçültür Yazı fontunu büyütür

Futzal üzrə 17 yaşadək oğlanlardan və qızlardan ibarət Azərbaycan yığma komandaları 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Gənclər arasında Olimpiya Oyunlarının təsnifat mərhələsi çərçivəsində son oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Slovakiyada keçirilən qrup mərhələsində Hollandiya yığması ilə qarşılaşan oğlanlardan ibarət millimiz 0:7 hesabı ilə məğlub olub.

Komandamız əvvəlki oyunlarında Slovakiyaya 0:12, Rusiyaya 0:20 hesabıyla uduzmuşdu.

Qızlardan ibarət yığmamız isə Portuqaliyada keçirilən qrup mərhələsində Ukrayna yığması ilə 2:2 hesablı heç-heçə edib.

Komandamızın qollarını Həqiqət Qasımova və Ayşən Əhmədova vurublar. Millimiz əvvəlki oyunlarında İtaliyaya 0:2, Portuqaliyaya 0:10 hesabıyla uduzmuşdu.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR