PSJ-nin futbolçusu: İngiltərədə oynamaq istəyirəm

Yazı fontunu küçültür Yazı fontunu büyütür

PSJ-nin müdafiəçisi Dani Alveş maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçu Paris klubuna keçidi haqda söz açıb.

O, seçimini belə izah edib: “PSJ-yə keçidimdə bir neçə amil rol oynadı. Bu komandada dostlarım çoxdu. Üstəlik, Paris sevgilimin çox xoşuna gəlir. Bu şəhərdə yaşamaq onun ürəyincədi. Klubun ambisiyalı olması və inkişafı davam etdirməsi də qərarıma təsir göstərdi”.

Dani Alveş qeyd edib ki, karyerasını bitirənə qədər İngiltərə çempionatında da oynamaq arzusundadı. O, söhbət əsnasında sabiq baş məşqçisi Xosep Qvardiolanı da yada salıb: “ “Barselona”dan ayrılanda “Mançester Siti”yə keçə bilərdim. Yalnız bu variant haqda düşünürdüm. Amma bir gün ani qərar qəbul etdim və “Yuventus”la anlaşdım. Bu isə yaxınlarıma pis təsir etdi. Barselonada yaşayan övladlarımı görmək üçün Turindən təyyarə reysi tapmaq heç də asan deyildi. Bundan əlavə, sevgilim orda özünə iş tapa bilmirdi. Bütün bunları nəzərə alıb, Parisi seçdim. Amma etiraf edim ki, Qvardiolanın işindən həzz alıram və İngiltərə çempionatında oynamaq arzusundayam”.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR