" />

Paytaxt sənayesinin həcmi 24 mlrd. manata çatıb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

2017-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 5,1% azalaraq 24 mlrd. manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sənaye məhsulunun 81,7%-i mədənçıxarma, 15,9%-i emal, 1,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 81,3% olub. Ümumi istehsalın 86,2%-i sənaye məhsulunun istehsalı, 13,8%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında oktyabrın 1-i vəziyyətinə 365,7 mln. manatlıq hazır məhsul olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 12,8 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR