Mehriban Əliyeva Tahir Əkbərin müalicə xərclərini öz üzərinə götürüb

Yazı fontunu küçültür Yazı fontunu büyütür

 

 

Bəstəkar Tahir Əkbərin müalicə xərcləri Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə fond tərəfindən ödəniləcək.

 

Bu barədə  bəstəkarın həyat yoldaşı Aybəniz Əkbər məlumat verib. O bildirib ki, Tahir Əkbər 1 saylı Şəhər Kliniki Xəstəxanasından Respublika Diaqnostika Mərkəzinə köçürülüb.
“Tahirin vəziyyəti ağır olaraq qalır. Həkimlər çalışırlar ki, vəziyyəti stabil saxlasınlar. Müalicə xərclərini Mehriban xanım öz üzərinə götürüb. Ümidlə onun sağalacağını gözləyirik”.Qeyd edək ki, əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər bir neçə gün öncə insult keçirib.

reklam

FACEBOOK YORUMLARI

YORUMLAR